Məxfilik siyasəti
Yenilənib: 28.09.2026
Hansı məlumatları toplayırıq
Yalnız formaya özün yazdıqlarını: ad, telefon, istəyə görə e-poçt və səfər haqqında məlumat (istiqamət, tarix, nəfər sayı, büdcə, əlavə istəklər). Həmçinin müraciətin hansı səhifədən və hansı reklam kampaniyasından gəldiyini (UTM etiketləri).
Nə üçün istifadə edirik
Sənə səyahət təklifi hazırlamaq və seçdiyin üsulla (WhatsApp, zəng və ya e-poçt) əlaqə saxlamaq üçün. Məlumatlar Momento Travel-in daxili müştəri sistemində (CRM) saxlanılır və yalnız komandamız üçün əlçatandır.
Kimə ötürürük
Məlumatlarını satmırıq. Bron üçün lazım olduqda yalnız zəruri hissəni (məsələn, ad və pasport məlumatları) aviaşirkətə, otelə və ya sığorta şirkətinə — yalnız sənin razılığınla — ötürürük.
Kukilər, Meta Pixel və Google Analytics
Saytın necə istifadə olunduğunu və reklamlarımızın nəticəsini ölçmək üçün saytda Meta Pixel (Meta Platforms) və Google Analytics (Google) işləyir. Onlar brauzerdə kuki saxlayır və səhifə baxışı, müraciət göndərilməsi, WhatsApp və ya zəng düyməsinə toxunma kimi hadisələri ötürür. Formaya yazdığın ad və telefon nə Meta-ya, nə də Google-a göndərilmir. Bunu brauzer parametrlərində kukiləri bağlamaqla, Facebook-un «Reklam seçimləri» bölməsindən və ya Google Analytics-in brauzer əlavəsi ilə məhdudlaşdıra bilərsən.
Məlumatlarının silinməsi
Məlumatlarının silinməsini istəsən, info@momento.az ünvanına yaz və ya +994 10 111 23 01 nömrəsinə zəng et.